Şərurda tanışını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Şərurda tanışını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

155739

Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Püsyan kənd sakini 1992-ci il təvəllüdlü Xəlil  Şıxəliyevin cari il mayın 31-də öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Naxçıvan Muxtar Respublikası Prokurorluğu yayıb.

İbtidai istintaqla 1985-ci il təvəllüdlü  Gündüz   Nəcəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirməklə tanışı Xəlil Şıxəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Gündüz Nəcəfov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin