“Baş nazir olarkən xahiş edənlər çox olurdu, ancaq məni tanıyırdılar. Ona görə də digər yollarla bunu etməyə çalışırdılar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq baş nazir Novruz Məmmədov “RTV”nin baş redaktoru Tural Müseyibova müsahibəsində deyib.
“Bütün nazirlərdən aylıq haqq alan “krutoy”lar var idi. Mən vəzifəyə gəldikdən sonra onları çağırdım, dedim ki, “ya özün ərizəni yaz, ya da cəza kimi işdən azad edəcəm”, - deyə sabiq baş nazir əlavə edib.
Bizim.Media