Rusiyanın Murmansk vilayətində qar uçqunu altında qalmış turist qrupundan olan uşaq ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölən 2008-ci il təvəllüdlü qız uşağıdır.
Bildirilib ki, digər 15 turistin ciddi tibbi yardıma ehtiyacı yoxdur.
***
Rusiyada Murmansk vilayətinin Oleneqorsk bölgəsində qar uçqunu olub.
Bizim.Media Rusiya mətbuatına istiandla xəbər verir ki, 16 nəfərlik turist qrupu qar uçqunun altında qalıb.
MÖVZU İLƏ BAĞLI:
Qar uçqunu altında qalan uşağı xilas etdilər – ANBAAN VİDEO
Onların hansı marşrutdan istifadə etdikləri məlum deyil. Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, uçqun baş verən ərazidə azyaşlılar da ola bilər.
Xilasedicilər ərazidə axtarış aparır.
Bizim.Media