İranın Fars əyalətinin Nurabad şəhərində “Bəsic” birləşməsinin (İslam İnqilabı Keşikçiləri Korpusuna daxildir) zabitlərinə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bizim.Media IRNA-ya istinadən xəbər verir ki, bu barədə Fars əyalətinin rəhbərinin siyasi məsələlər üzrə müavini İsmayıl Kazal Sofli bildirib.
“İki naməlum şəxs “Bəsic” qüvvələrinin əməkdaşları istiqamətində nizamsız atəş açıb. Nəticədə bir zabit ölüb, 3 nəfər xəsarət alıb”, - rəsmi bildirib.
Onun sözlərinə görə, naməlum şəxslər hadisəni motosikletdə hərəkət edərək törədiblər. Onlar hadisə yerindən qaçıblar.
Bizim.Media
- A-
- A
- A+
Region
18:06 / 17.09.2023
İranda “Sepah” zabitlərinə hücum oldu: 1 ölü, 3 yaralı var
Hazırda oxunan: İranda “Sepah” zabitlərinə hücum oldu: 1 ölü, 3 yaralı var
Hazırda oxunan: İranda “Sepah” zabitlərinə hücum oldu: 1 ölü, 3 yaralı var
155627
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.