Məhsa Əmininin ölümünün ildönümü ilə eyni vaxtda Tehran, Kərəc, Sınandaş (Sənəndəc), Təbriz, İsfahan və bir sıra şəhərlərdə keçirilən aksiyalarda onlarla etirazçı həbs olunub.
Bizim.Media xəbər verir ki, İran hökumətinə bağlı bir sıra xəbər agentlikləri bu həbsləri təsdiqləsə də, etirazçıları “iğtişaş və vandalizm”də ittiham ediblər.
Qeyd edək ki, tutulan etirazçıların dəqiq sayı hələlik açıqlanmayıb.
Bizim.Media