Türkiyənin Menderes mahalında dünən meydana gələn meşə yanğınına müdaxilə edən helikopterdən biri ilə əlaqə saat 23.53-də kəsilib.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində helikopterin Tahtalı bəndində suya düşdüyü müəyyən edilib.
Bölgəyə Jandarma, Polis, Sahil Təhlükəsizlik, AFAD və UMKE qrupları sövq edilib. Helikopterin 4 əməkdaşı olub. Qırğızıstan vətəndaşı olan ikinci pilotu sağ-salamat xilas edilib.
Vəziyyətinin ağır olduğu öyrənilən pilot SBU Bozyaka Təhsil və Tədris Mərkəzinə aparılıb. O, Araşdırma Xəstəxanasına aparılıb.
Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı səhər saatlarında X sosial media platformasında açıqlama verərək, hadisənin təfərrüatlarını və axtarış-xilasetmə işlərinin davam etdiyini ictimaiyyətlə paylaşıb.
Bizim.Media