Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən Açıq Avropa turnirinin ilk yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal qazanıb.
Bizim.Media xəbər verir ki, 16 sentyabrda oğlanlar arasında -60 kq., -66 kq., -73 kq. çəki dərəcələrində 14 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
-66 kq. çəki dərəcəsində İslam Mehraliyev final görüşündə Böyük Britaniya təmsilçisi Samue Hall ilə güclərini sınayıb. Nəticədə İslam yarışın gümüş medalını əldə edib.
-73 kq. çəkidə Nəriman Mirzəyev finalda isveçrəli idmançı Naim Mata qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:47 / 16.09.2023
Cüdoçularımız Sarayevo Açıq Avropa turnirinin ilk günündə 1 qızıl və 1 gümüş medal qazandı - FOTO
Hazırda oxunan: Cüdoçularımız Sarayevo Açıq Avropa turnirinin ilk günündə 1 qızıl və 1 gümüş medal qazandı - FOTO
Hazırda oxunan: Cüdoçularımız Sarayevo Açıq Avropa turnirinin ilk günündə 1 qızıl və 1 gümüş medal qazandı - FOTO
155526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.