Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birinci xanım Əminə Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak etmək üçün ABŞ-a səfərə gedib.
Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan özünün “Twitter” (hazırki “X”) hesabında yazıb.
Atatürk Hava Limanında təşkil edilən mətbuat konfransından sonra dövlət başçısı Nyu-Yorka yola düşüb.
“Hər il olduğu kimi bu il də ABŞ-da son dərəcə sıx təmas və görüş cədvəlimiz olacaq. Bu il mən sentyabrın 19-da BMT Baş Assambleyasında "Güvənin bərpası və qlobal həmrəyliyin canlandırılması" mövzusunda baş assambleyanın müzakirələrinin ilk günündə çıxış edəcəyəm”, - deyə Ərdoğan qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:17 / 16.09.2023
Ərdoğan xanımı ilə ABŞ-a YOLA DÜŞDÜ - FOTO
Hazırda oxunan: Ərdoğan xanımı ilə ABŞ-a YOLA DÜŞDÜ - FOTO
Hazırda oxunan: Ərdoğan xanımı ilə ABŞ-a YOLA DÜŞDÜ - FOTO
155523
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.