Qırğızıstanda Tacikistana qarşı ərazi iddiaları irəli sürülə bilər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamıçbek Taşiev deyib.
Q qeyd edib ki, bu, aşkarlanan yeni hüquqi və tarixi sənədlər əsasında baş verə bilər:
“Tacikistan bizə qarşı ərazi iddiaları irəli sürür. Bir neçə gün əvvəl Qırğızıstanın bəzi ərazilərinin Tacikistana verildiyinə dair yeni sənədlər tapmışıq. Biz bunu hüquqi və tarixi sənədlərlə təsdiqləyə bilərik. Əgər Tacikistan bundan əl çəkməsə, biz də həmin sənədlərə əsasən onlara qarşı ərazi iddiaları irəli sürə bilərik”.
O bildirib ki, Qırğızıstanın bunun üçün gücü və imkanları var. Lakin rəsmi Bişkek bundan sonra da mübahisəli məsələləri yalnız sülh və danışıqlar yolu ilə həll etmək niyyətindədir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:43 / 16.09.2023
Qırğızıstan Tacikistana qarşı ərazi iddiaları irəli sürməyə hazırlaşır
Hazırda oxunan: Qırğızıstan Tacikistana qarşı ərazi iddiaları irəli sürməyə hazırlaşır
Hazırda oxunan: Qırğızıstan Tacikistana qarşı ərazi iddiaları irəli sürməyə hazırlaşır
155493
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.