Ukrayna ATACMS raketlərinin tədarükü ilə bağlı Vaşinqtonla danışıqlar aparır və yaxın vaxtlarda bu silahlar Kiyevə veriləcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki,bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Prezident Volodimir Zelenski gələn həftə ABŞ-a səfəri zamanı Ukraynaya hərbi yardım və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək.
Oleq Nikolenko, həmçinin yaxın zamanlarda Volodimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında “taxıl sazişinə” dair yeni danışıqların baş tutacağını istisna etməyib.
Bir müddət öncə ABŞ hakimiyyət orqanları Prezident Cozef Baydenin sentyabrın 21-də Vaşinqtonda Volodimir Zelenski ilə danışıqlar aparacağını elan edib. Ağ Evin məlumatına görə, Ukrayna Prezidenti Konqresdə demokratların və respublikaçıların liderləri ilə də görüşmək istəyir.
Qeyd edək ki, HIMARS raket sistemi vasitəsilə buraxıla bilən ATACMS raketləri 300 kilometrədək uçuş məsafəsinə malikdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:16 / 16.09.2023
ABŞ Ukraynaya uzaq mənzilli raketlər VERƏCƏK – Kiyev TƏSDİQLƏDİ
Hazırda oxunan: ABŞ Ukraynaya uzaq mənzilli raketlər VERƏCƏK – Kiyev TƏSDİQLƏDİ
Hazırda oxunan: ABŞ Ukraynaya uzaq mənzilli raketlər VERƏCƏK – Kiyev TƏSDİQLƏDİ
155467
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.