Naxçıvan Muxtar Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir.
Dövlət Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, 2023-cü ilin 8 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə büdcəyə 106,8 milyon manatdan çox vergi daxil olub.Buda ötən ilin eyni dövrünə nisbətən 41 faiz və ya 31 milyon manat çoxdur.
Qeyd olunub ki, Naxçıvan MR DVX-də qeydiyyatda olan vergiödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz və ya 35 milyon manat artıb.
Cari ilin avqust ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 60 faiz və ya 6 milyon manat artım qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:42 / 15.09.2023
Naxçıvanda avqust ayı üzrə vergi daxilolmaları 60 faiz artıb
Hazırda oxunan: Naxçıvanda avqust ayı üzrə vergi daxilolmaları 60 faiz artıb
Hazırda oxunan: Naxçıvanda avqust ayı üzrə vergi daxilolmaları 60 faiz artıb
155403
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.