Eldar Namazov: “Biz erməniləri nə unuda, nə də bağışlaya bilərik” - VİDEO

Hazırda oxunan: Eldar Namazov: “Biz erməniləri nə unuda, nə də bağışlaya bilərik” - VİDEO

15531

“Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, bizim ərazilərimizdə yaşayan erməni millətinin nümayəndələrinə, vətəndaşlarımıza hüquqlarının qorunması üçün hər cür şərait yaradacağıq. Cəmiyyət də bu haqda düşünür, düzdür müxtəlif fikirlər var”.

Bizim.Media xəbər verir ki, bunu politoloq Eldar Namazov Ağdama səfəri zamanı REAL TV-yə açıqlamasında deyib.

“Bu gün gəlib Ağdamı - “Qafqazın Xirosiması”nı görəndə bu haqda bir daha düşündüm və bir şeyi başa düşdüm. Bilirsiniz, dövlətin marağı var, biz də dövlətin vətəndaşıyıq. Dövlətin maraqlarını müdafiə etmək bizim borcumuzdur. Azərbaycan dövləti hesab edir ki, biz tolerantıq, ərazimizdə yaşayan hər bir millətin, o cümlədən ermənilərin hüquqlarını da təmin etməliyik, deməli bir vətəndaş kimi də bunu qəbul etməliyik”, deyə o bildirib.

Politoloq bunu qəbul edərkən cəmiyyətdə iki yanaşmanın olduğunu vurğulayıb:

“Bəziləri çox rahat şəkildə deyir ki, onlarla barışa, bir daha birgə yaşaya bilərik. Bəziləri də vurğulayır ki, biz onları bağışlaya bilərik, ancaq heç nəyi unutmamalıyıq. 

Şəxsən mən hesab edirəm ki, biz nə unuda, nə də bağışlaya bilərik. Biz dövlətimiz naminə dözə bilərik. Dözə bilərik ki, bu torpaqda həmin millət də yaşaya bilsin”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin