“Aİ Ermənistanda Rusiyaya qarşı casusluqla MƏŞĞULDUR” – DETALLAR

Hazırda oxunan: “Aİ Ermənistanda Rusiyaya qarşı casusluqla MƏŞĞULDUR” – DETALLAR

155205

Xəbər verildiyi kimi, sentyabrın 12-də Azərbaycanın Tovuz rayonu ilə sərhəddə, İcevanda Aİ-nin Ermənistandakı müşahidə missiyasının əməliyyat mərkəzinin ofisi açılıb.

Bu, Ermənistanda açılması planlaşdırılan 6 mərkəzdən beşincisidir. Onu da Aİ olduqca strateji bir nöqtədə açıb. Açılışda Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos, Aİ-nin Müşahidə Missiyasının rəhbəri Markus Ritter də iştirak edib.

Ritter İcevandakı mərkəzin hərbi baxımdan önəmli olduğunu deyərək, bu mərkəzin onlara vəziyyəti yaxından müşahidə etməyə və hesabat verməyə imkan verəcəyini deyib.

Bundan bir qədər əvvəl isə Aİ-nin Monitorinq Missiyası Azərbaycan-Ermənistan sərhədinin Göyçə və Zəngəzur ərazisində də belə mərkəzlər yaradıb.

Qeyd edək ki, Aİ-nin mülki missiyası keçən ilin fevralın 20-dən Ermənistanda fəaliyyət göstərir. Əvvəl iki aylıq nəzərdə tutulan bu missiya sonradan uzunmüddətli olub.

Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, Ermənistanda Aİ-nin müşahidə missiyasının əməliyyat mərkəzinin ofisinin açılması onu göstərir ki, sözügedən qurum heç də təkcə mülki müşahidə missiyasını həyata keçirmək niyyətində deyil:

“Burada söhbət heç də qurumun mülki müşahidə missiyası aparmasından getmir. Orada Aİ mülki müşahidə missiyası adı altında xüsusi cəsus şəbəkələri yerləşdirilə bilər.
Birincisi, Aİ-nin mülki müşahidə missiyasının Ermənistan ərazilərinə daxil olması ilə bağlı qurumun öz daxilində belə vahid konsensus yoxdur. Bu günə qədər Aİ Şurasının sədri Şarl Mişel tərəfindən bununla bağlı hansısa xüsusi bir bəyanat verilməyib.

Digər tərəfdən, Aİ-nin mülki müşahidə missiyası adı altında Fransanın cəsus şəbəkəsi Rusiya və İrana qarşı əks-kəşfiyyat əməliyyatları həyata keçirir”.

İran və Rusiya hər şeyin fərqindədir...

Həmsöhbətimiz bildirir ki, Aİ-nin bu qurumu İran və Rusiyaya qarşı cəsus fəaliyyətlərini Ermənistan ərazisindən həyata keçirirlər:

“Oradakı qüvvələrə Kanadanın bəzi nümayəndələri də qoşulub. Bunun özü də absurd tendensiyadır. Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter özü belə bu missiyanın məqsədinin nə olduğunu, niyə Ermənistanda yerləşdirildiyini doğru-dürüst dünya ictimaiyyətinə açıqlaya bilməyib.
Belə olan halda, Ermənistanda sözügedən qüvvələrin sayını çoxalması, onlara müddətsiz səlahiyyət verilməsi, hansısa əməliyyat qərargah ofislərinin açılması absurdluğun növbəti göstəricisidir.

Onlar hansısa şərti sərhədlərdə nələrəsə nəzarət edəcəksə, yeni açılan məntəqənin bu fəaliyyətə nə aidiyyəti ola bilər ki?

 Ekspert hesab edir ki, İranla Rusiya Ermənistanın bu təhlükəli gedişlərinin fərqindədir:

“Hazırkı Ermənistan hakimiyyəti Qərb qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Amma bu addımlar Ermənistanın Rusiya və İranla münasibətlərinin daha da pisləşməsinə səbəb olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin