Peskov Rusiya əleyhinə mövqe tutan iş adamlarını satqın adlandırdı

Hazırda oxunan: Peskov Rusiya əleyhinə mövqe tutan iş adamlarını satqın adlandırdı

155196

"Rusiya nə Brüsselin sanksiyalarının məntiqini, nə də onların ləğvi və ya uzadılması qərarlarını başa düşmür. Çətin ki, kimsə bu məntiqi Avropanın özündə izah edə bilsin. Biz bunu birmənalı başa düşürük".

Bizim.Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının bütün Rusiya sahibkarlarına qarşı sanksiyaları, şəxsi biznes əmlakının ələ keçirilməsi və digər tədbirlər beynəlxalq hüquqa ziddir.

Peskov sanksiyalara görə Rusiya əleyhinə mövqe tutan iş adamlarını satqın adlandırıb:

"Sanksiyalardan qurtulmağa gəlincə, biz bilirik ki, anti-Rusiya mövqeyi tutan, otuz gümüş pul müqabilində özlərini sanksiyalardan qurtarmağa çalışan iş adamları var. Bunlar satqınlardır".

Eyni zamanda, Peskov qeyd edib ki, öz maraqlarını məhkəmədə metodik şəkildə müdafiə edən iş adamları da var: "Bu, hər bir sahibkarın hüququdur və biz buna hörmətlə yanaşırıq".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin