Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə qeyri-rəsmi nikahda olan Türkiyə vətəndaşı Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi keçirilib. Kemal Mustafa İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.
Bizim.Media xəbər verir ki, qərardan narazı qalan Mustafa apellyasiya şikayəti verib. Ötən gün baş tutan Apellyasiya Məhkəməsində Mustafanın şikayəti təmin edilməyib.
Qeyd edək ki, Mustafa İbili aylar əvvəl "Təsir Dairəsi" verilişinə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı.
Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi.
Daha sonra Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:12 / 14.09.2023
Cavanşir Məmmədovun keçmiş kürəkəni həbsdə QALDI
Hazırda oxunan: Cavanşir Məmmədovun keçmiş kürəkəni həbsdə QALDI
Hazırda oxunan: Cavanşir Məmmədovun keçmiş kürəkəni həbsdə QALDI
155162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.