Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Əliyev Taleh Saleh oğlunun nəşi doğulduğu Zərdab rayonunun Gödəkqobu kəndində dəfn olunub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, dəfn mərasimində hərbi orkestr Dövlət Himnini səsləndirib.
Hərbçinin tabutuna sarılmış üçrəngli bayrağımız mərhumun atasına təqdim edilib.
Qeyd edək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Mərhum evli idi, iki qız övladı yadigar qaldı.
Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar.
Bizim.Media, Aran bürosu