Xəbər verdiyimiz kimi Ermənistan baş nazirinin xanımı Anna Akopyan bir neçə gün əvvəl Ukraynada səfərdə olub. Lakin, Akopyanın bu səfəri də digərləri kimi səs-küylü olub. Annanın qatıldığı tədbirlər bir yana gizli görüşləri xeyli təəccüb və suallar doğurub.
Məsələn, rusiyalı media maqnatı, “Nyus” (News) media holdinqinin təsisçisi, milliyyətcə erməni Aram Qarbrielyanov deyib ki, Kiyevdə Anna 40 dəqiqə müddətinə yoxa çıxdı:
“Onu Ukrayna Milli Təhlükəsizlik Xidmətinin maşını götürdü və 40 dəqiqədən sonra otelə qaytardı. Heç kim onun həmin müddətdə harada olması və kiminlə görşdüyünü bilmir”.
Qarbrielyanovun iddiaları ikibaşlıdır. Ehtimallardan biri odur ki, Anna Akopyan Qərb rəsmiləri ilə gizli görüşə gedib. Və bu görüşdə Paşinyan ailəsinin təhlükəsiz şəkildə İrəvandan çıxarılması müzakirə olunub.
Qabrielyanovun fikrincə yaxın zamanlarda Paşinyan hakimiyyəti qoyub qaçacaq. Və artıq buna hazırlıq prosesi başlayıb.
Aram Qarbrielyanovun ikinci ehtimalı isə daha maraqlıdır. Guya ki, Anna Akopyan kiminləsə təklikdə görüşüb. Və bu görüş iki əks cinsin münasibətləri müstəvisində olub. Ona görə də Anna görüşə heç köməkçisini aparmayıb. Yəni şahidin olmasını istəməyib. Həmin ikili və mübhəm görüşdə də Akopyan qarşı tərəfdən Qərbin Paşinyana dəstəyinin artırılması xahiş olunub.
Amma bütün hallarda Qabrielyanovun ehtimalları maraq doğurur. Çünki, Anna Akopyanın Paşinyan üzərindəki təsir imkanları hər kəsə məlumdur. Hətta hara və kiminlə görüşə getməsi barədə Anna heç zaman Nikola izahat vermir.
Ona görə də son 5 ildə Ermənistanın birinci xanımının adı tez-tez belə gizli görüşlərdə hallanıb. Ən maraqlısı da odur ki, bu görüşlərdə Annanın tərəf müqabili bir qayda olaraq kişilər olub.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
10:00 / 14.09.2023
Annanın KİYEV MACƏRALARI – Akopyan 40 dəqiqə hara yoxa ÇIXIB?
Hazırda oxunan: Annanın KİYEV MACƏRALARI – Akopyan 40 dəqiqə hara yoxa ÇIXIB?
Hazırda oxunan: Annanın KİYEV MACƏRALARI – Akopyan 40 dəqiqə hara yoxa ÇIXIB?
155003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.