Araik Arutyunyan və Cəlal Arutyunyan İrəvana çağırıldı - Sərhədi necə keçəcəklər?

Hazırda oxunan: Araik Arutyunyan və Cəlal Arutyunyan İrəvana çağırıldı - Sərhədi necə keçəcəklər?

155001

Azərbaycanın Qarabağ bölgəsində separatçıların tör-töküntülərinin keçmiş "başçısı" Araik Arutyunyan və ermənilərin qanunsuz silahlı dəstələrinin "rəhbəri" olmuş Cəlal Arutyunyan sentyabrn sonunda Ermənistan İstintaq Komitəsinə çağırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası sədrinin müavini Armen Xaçatryan “Hraparak”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, separatçılar 44 günlük müharibə ilə bağlı dindiriləcəklər.

Bildirilib ki, parlamentin müharibə zamanı vəziyyəti araşdıran komissiyasının sonuncu qonağı Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan olub.

Xatırladaq ki, Araik Arutyunyan və Cəlal Arutyunyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. Onların "Laçın" sərhəd-buraxılış məntəqəsindən necə keçəcəkləri sual altındadır. Yəqin taleləri Meşəli qatili Vaqif Xaçatryan kimi olacaq, tutulub Bakıya gətiriləcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin