Xəbər verdiyimiz kimi, bu gün Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İn ilə danışıqlara başlayıb. Danışıqlardan sonra qonaqlar üçün ziyafət verilib.
Bizim.Media xəbər verir ki, ziyafət zamanı hər iki lider çıxış edib.
Kim Çen İn qeyd edib ki, Rusiya ordusu və xalqı hegemonluq iddiasında olan və genişlənmə illüziyasını qidalandıran şərlərin toplanmasını cəzalandırmaq üçün müqəddəs mübarizədə mütləq böyük qələbə qazanacaq.
Bizim.Media