Moldova işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirən Azərbaycanla şəhərsalma sahəsində təcrübəsini bölüşməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bunu “Report”a açıqlamasında Moldovanın infrastruktur və regional inkişaf naziri Andrey Spinu deyib.
“Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası istiqamətində genişmiqyaslı işlər aparır, infrastruktur layihələrinə xüsusi diqqət yetirir. Moldovadan olan mütəxəssislər şəhərsalma və tikinti sahələri daxil olmaqla, təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşməyə hazırdırlar”, - o vurğulayıb.
Nazirin sözlərinə görə, ərazi planlaşdırılması və şəhərsalma ilə bağlı qanunvericiliyin hazırlanması sahəsində təcrübə mübadiləsinin aparılması məqsədəuyğun olardı.
A.Spinu həmçinin ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafının müsbət dinamikasını da vurğulayıb.
Nazir xatırladıb ki, “Azərbaycan Hava Yolları” oktyabr ayından Bakı ilə Kişineu arasında birbaşa aviareys açacaq:
“Moldova belə bir imkanın yaradılmasına görə Azərbaycana dərin minnətdarlığını bildirir”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
04:51 / 13.09.2023
Nazir: “Moldova Azərbaycanla şəhərsalma təcrübəsini bölüşməyə hazırdır”
Hazırda oxunan: Nazir: “Moldova Azərbaycanla şəhərsalma təcrübəsini bölüşməyə hazırdır”
Hazırda oxunan: Nazir: “Moldova Azərbaycanla şəhərsalma təcrübəsini bölüşməyə hazırdır”
154905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.