Litvadan SANKSİYA: Ölkəyə daxil olan Rusiya qeydiyyatlı maşınlar müsadirə ediləcək

Hazırda oxunan: Litvadan SANKSİYA: Ölkəyə daxil olan Rusiya qeydiyyatlı maşınlar müsadirə ediləcək

154869

Avropa Komissiyası Moskvaya qarşı sanksiyalar siyahısını genişləndirir. 

Bizim.Media xəbər verir ki, bu barədə Litvanın daxili işlər naziri Aqne Bilotayte LRT radiosuna müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Britaniya və ABŞ Rusiyanın 11 vətəndaşını “qara siyahı”ya SALDI 


Nazir bildirib ki, sanksiyalara müvafiq olaraq, Litvanın gömrük orqanları ölkəyə daxil olan Rusiya qeydiyyatlı avtomobilləri müsadirə edəcək.  

Onun sözlərinə görə, sürücünün vətəndaşlığından asılı olmayaraq, sərhədi keçən Rusiya qeydiyyatlı bütün avtomobillər tranzitlə Kalininqrada getdiyi barədə sənəd olmayacağı təqdirdə müsadirə ediləcək. 

Qeyd edilib ki, qərar Belarusda qeydiyyatdan keçən avtomobillərə şamil olunmayacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin