Sentyabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Daren Tanq ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında mövcud tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu istiqamətdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan ardıcıl islahatlar, beynəlxalq reytinq göstəricilərində ölkəmizin nəzərə çarpan irəliləyişləri haqqında qarşi tərəfə məlumat verib.
İqtisadiyyatın davamlı inkişafının, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasının və insan kapitalına investisiyaların qoyuluşunun başlıca strateji məqsədlərdən biri kimi müəyyənləşdirildiyi vurğulanıb.
Görüş zamanı, Azərbaycanla Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın gələcək perspektivləri, təhsil və əqli mülkiyyət sahəsində təhsil və təlim proqramları ətraflı müzakirə edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:56 / 12.09.2023
Ceyhun Bayramov ÜƏMT-nin rəhbəri ilə əqli mülkiyyət sahəsindəki islahatlardan danışıb - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov ÜƏMT-nin rəhbəri ilə əqli mülkiyyət sahəsindəki islahatlardan danışıb - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov ÜƏMT-nin rəhbəri ilə əqli mülkiyyət sahəsindəki islahatlardan danışıb - FOTO
154867
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.