Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verilib.
Mənzillər Bakının Hövsan qəsəbəsindəki yeni yaşayış kompleksindən təqdim olunub.
MÖVZU İLƏ BAĞLI:
Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi – FOTO
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların mənzillə təminatı tədbirlərinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb.
Bizim.Media-nın təqdimat mərasimindən hazırladığı videosüjeti təqdim edirik: