AZAL Bakı-Naxçıvan reysinin sərnişinlərinə MÜRACİƏT ETDİ 

Hazırda oxunan: AZAL Bakı-Naxçıvan reysinin sərnişinlərinə MÜRACİƏT ETDİ 

154836

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Bakı-Naxçıvan-Bakı reysinin sərnişinlərini aviabilet alarkən məlumatların düzgünlüyünü təmin etməyə çağırır. 

AZAL-dan Bizim.Media-ya verilən məlumata görə, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlər aviabiə verilən məlumata görə, bilet alarkən şəxsiyyət vəsiqəsinin və ya pasportun əslini təqdim etməlidirlər.

Bu, sərnişinlər haqqında məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi, habelə onların hüquq və mənafelərinin müdafiəsi məqsədinə xidmət edir. 

Bundan əlavə, AZAL sərnişinlərə kassalarında yarana biləcək növbələrin qaşısını almaq məqsədilə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından onlayn almağı tövsiyə edir.

Bu, həmçinin hər bir səyahətçinin vaxtına qənaət etməyə kömək edəcək. 

AZAL-ın rəsmi saytından Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin əldə edilməsi ilə bağlı əlavə məlumatı: www.youtu.be/9PiPTkNkBSU linkinə daxil olmaqla əldə etmək olar. 

Sual yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin