Bu il şəhid ailələri və qazilərə 1500 mənzil VERİLƏCƏK – RƏSMİ  

Hazırda oxunan: Bu il şəhid ailələri və qazilərə 1500 mənzil VERİLƏCƏK – RƏSMİ  

154792

“2023-cü ildə şəhid ailələri və müharibə əlilliyi olan ailələrə ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır”.  

Bizim.Media-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi – FOTO  


Nazir müavini bildirib ki, bu gün həmin kateqoriya üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti 50 mənzilin verilməsi həyata keçirilib:  

“Sözügedən mənzillər şəhid ailələri və müharibə əlilliyi olan ailələrə verilib. Beləliklə, il ərzində nazirlik tərəfindən 1500 mənzil və fərdi evlərin təqdim olunması nəzərdə tutulub”.  

Həmin evlərin 650-si artıq təhvil verildiyini bildirən Anar Kərimov, Prezident İlham Əliyevin tapşırığına əsasən, mənzil təminatı proqramının  son illər ərzində 5 dəfədən çox artırıldığını qeyd edib. O, mənzil təminatı ilə yanaşı, avtomobillərin verilməsinin də davam etdiyini diqqətə çatdırıb.  

A.Kərimov vurğulayıb ki, artıq 40 mindən artıq postmüharibə kontingenti olan şəxslərə realibitasiya vasitələri, 300 minə yaxın sosial dəstək tədbirləri göstərilib:  

“100 mindən artıq şəhid ailəsi, müharibə əlilliyi olan şəxslər, müharibə veteranları müxtəlif sosial ödənişlər alıb. Nazirlik həm Birinici Qarabağ, həm də Vətən müharibəsi iştirakçılarına  sosial dəstək tədbirlərini ilin sonunadək davam etdirəcək”. 

Aysu Allahverdi, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin