Azərbaycanda neft hasilatı 7%-dək azalıb

Hazırda oxunan: Azərbaycanda neft hasilatı 7%-dək azalıb

154767

Bu ilin 8 ayında Azərbaycanda 20,3 mln. ton neft və qaz kondensatı hasilatı edilib, bunda 17 mln. tonu ixrac olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu ilin 8 ayında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 20,3 mln. ton, ixracı isə 17 mln. ton olub. Bu dövrdə 5% artımla hasil edilmiş 32,2 mlrd. m3 qazın 15,8 mlrd. m3-i ixrac olunub”, - paylaşımda qeyd olunur.

Xatırladaq ki, 2022-ci ilin yanvar-avqust aylarında ölkədə 21,8 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Hesabat dövründə 17,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Beləliklə, illik müqayisədə bu ilin 8 ayında Azərbaycanda neft və kondensat hasilatı 6,88%, ixracı isə 3,41% azalıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin