Bu gün Yer kürəsinin yaxınlığından “2001 FO32” asteroidi keçəcək.
Bizim.Media xəbər verir ki, məlumatı NASA yayıb.
MÖVZU İLƏ BAĞLI:
Zaman qısalır - Yer daha sürətlə fırlanır
Asteroid planetimizə 2 milyon kilometrədək yaxınlaşacaq. NASA yerlə toqquşmanın olmayacağı qənaətindədir.
Asteroidin diametrinin 440-680 m olduğu qeyd edilib. Bu asteroid 2001-ci ildə aşkarlanıb. Astronomlar hesab edirlər ki, asteroid Yerin yaxınlığından növbəti dəfə 2052-ci ildə keçəcək.
Bizim.Media