Azərbaycanda ipoteka kreditlərinə tələb 23 % artıb

Hazırda oxunan: Azərbaycanda ipoteka kreditlərinə tələb 23 % artıb

154651

Bu ilin II rübündə Azərbaycan banklarında ipoteka kreditlərinə tələb 23 % artıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Məlumata görə, II rübdə bankların daxili ipoteka kreditlərinə tələb 2 %, İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) kreditlərinə tələb isə 19 % artıb.

Həmçinin Azərbaycan bankları bu ilin III rübündə ipoteka kreditlərinə tələbin 23 %, o cümlədən daxili ipoteka kreditlərinə tələbin 8 %, İKZF-in kreditlərinə tələbin isə 27 % artacağını gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin