Ev sahibləri tələbələrə kirayə verməkdən niyə İMTİNA EDİRLƏR? – SƏBƏBLƏR 

Hazırda oxunan: Ev sahibləri tələbələrə kirayə verməkdən niyə İMTİNA EDİRLƏR? – SƏBƏBLƏR 

154649

Artıq yeni tədris ilinin başlanmasına bir neçə gün qalıb və bölgələrdən paytaxta tələbələrin axını başlayıb. Ancaq buna baxmayaraq, onların çoxu, əsasən də yeni tələbələr kirayə qiymətlərinin bahalaşması ilə əlaqədar ev tapmaqda çətinlik çəkirlər. 

Bununla bağlı fikirlərini Bizim.Media-ya açıqlayan daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli, problemin səbəbini kəskin bahalaşma ilə əlaqələndirib:
 

MÖVZU İLƏ BAĞLI:

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ: Aldadıla bilərsiniz - VİDEO


“Bəzi yerlərdə qiymət 500 manata qədərdir. Tələbələr isə ucuz evlər axtarırlar. Belə evlər isə çox azdır. Əvvəllər bir neçə tələbə bir yerə toplaşaraq paytaxtın Alatava, Kubinka, Xutor kimi məhəllələrində ucuz kirayə evlər tutur və bir yerdə qalırdı. Əsasən də qız uşaqları belə məhəllələrdə yaşamağa üstünlük verirdilər. Ancaq indi belə evlər ya sökülüb, ya da çoxunun sahibi tələbələrə verməkdən boyun qaçırır. Bəhanələri də odur ki, onlarla bir həyətdə qalmaq sonradan ciddi probemlərə səbəb olur”. 

Onun sözlərinə görə, tələbələri bu vəziyyətdən yalnız təhsil aldıqları ali məktəblər çıxara bilər: 

“Onların yataqxanalarda və ya ucuz evlərdə yerləşmələri üçün yollar axtarmalıdırlar. Xarici ölkələrdə olduğu kimi, yataqxanalar açılmalı və və problemin birdəfəlik həllinə nail olunmalıdır. Düzdür, bəzilərinin yataqxana problemi yoxdur və müəyyən sayda tələbənin yerləşməsinə kömək edirlər, amma yenə də problemin tam həllinə nail olunmur. 
Bu da onunla bağlıdır ki, bəzi ali təhsil müəssisələrinin yataqxana inşa etmək üçün torpaq sahəsi yoxdur və ya sahib olduqları ərazilər bu məqsədə yaramır. Torpağı olanlar da maliyyə və digər səbəblərdən bu problemi həll etmirlər”. 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin