İsrailli politoloq: “Azərbaycan Xankəndinə nəzarəti təmin edəcək” – ÖZƏL 

Hazırda oxunan: İsrailli politoloq: “Azərbaycan Xankəndinə nəzarəti təmin edəcək” – ÖZƏL 

154611

“Ermənistan liderlərinin bəyanatlarına əsaslansaq, Azərbaycanın Xankəndiyə nəzarəti tam bərpa etməsi ssenari kifayət qədər realdır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli analitik Aviqdor Eskin deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Endryu Korybko: “ABŞ Ermənistanı növbəti müharibəyə hazırlayır” – MÜSAHİBƏ 


Analitik hesab edir ki, Ermənistanın son təxribatları Azərbaycanın səbr kasasını daşırır. 

O hesab edir ki, son təxribatlar nətiəsində Bakı nəinki Xankəndiyə nəzarəti təmin edəcək, hətta daha çox imkanlara malik olacaq:

“İndi tərəflər arasında sövdələşmə və problemin həllini sürətləndirmək üçün təzyiqlər var. Problemləri həll etmək üçün ərazilərin mübadiləsi, həmçinin Naxçıvana dəhlizlə bağlı ilkin razılaşmaların həyata keçirilməsi variantları da var. Bunlar birbaşa Ermənistan və Azərbaycan liderlərinin həll etməli olduğu məsələlərdir. Yaxşı olardı ki, tərəflərin razılığa gəlməsinə heç kim mane olmasın. İndi İranın rolu məhz sülh yolu ilə nizamlanmaya müdaxilə etməkdir”, - deyə A.Eskin əlavə edib.

Son günlər Azərbaycan İsrail rəsmilərinin tez-tez görüşməsinə diqqət çəkən Eskin, bu münasibətlərdən narahat olan tək ölkənin İran olmasına da diqqət çəkib:

“İsraillə Azərbaycan arasında strateji əməkdaşlıq getdikcə artır. Bakıda heç kim bu əməkdaşlıqdan məyus olmayıb. Tam əksi, bu əməkdaşlığa hər kəs şaddır. Deyə bilərəm ki, gələcək üçün ciddi perspektivlər var. Lakin bundan narahat olanlar da az deyil. İran İsrailin tam hərbi üstünlüyünün fərqindədir və birbaşa qarşıdurmaya getməyəcək. Hizbullah və Həmas kimi vəkilləri vasitəsilə İsraili təqib etmək cəhdləri ola bilər. Amma onlar qəti şəkildə birbaşa qarşıdurma istəmirlər. 

Lakin son zamanlar İrandan təxribatlar güclənib. Tehrandakı səfirliyinizə hücum, Azərbaycanla sərhəd yaxınlığında İran PUA-larının dövr etməsi, Azərbaycan daxilində təxribatçı fəaliyyətlər buna örnək kimi göstərilə bilər. Bununla belə, İran genişmiqyaslı hərbi əməliyyat keçirməyə cəsarət etməyəcək. O, təzyiq göstərməklə, mövqelərini gücləndirməklə sadəcə mesaj verir, lakin başqa heç nə edə bilməz”, - deyə A.Eskin əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin