“Ermənistan Ukraynadan da pis ssenari ilə üzləşə bilər” - Rusiyalı ekspert

Hazırda oxunan: “Ermənistan Ukraynadan da pis ssenari ilə üzləşə bilər” - Rusiyalı ekspert

154595

“Ermənistan hazırda ABŞ-la birgə hərbi təlimlər keçirməyə hazırlaşır. Bu da açıq şəkildə hərbçilərin və hərbi texnikanın hansısa növ yerdəyişməsini nəzərdə tutur". 

Bizim.Media xəbər verir ki, bu fikirləri caliber.az-a müsahibəsində Transsərhəd Əməkdaşlıq Assosiasiyasının aparıcı analitiki, rusiyalı ekspert Sergey Borovikov səsləndirib.

"Digər tərəfdən isə sərhəd zonasında Ermənistan və Azərbaycanın hərbi texnikasının cəmləşməsi var. Ona görə də bu hadisə görünür, güzgü-simmetrik xarakteri daşıyır", deyə o, qeyd edib.

Sergey Borovikov böyük ehtimalla regionda ümumi gərginliyin artmasının qaçılmaz olduğunu bildirib:

"Paşinyan hökuməti əvvəlcə Qərbin təsiri altında hakimiyyətə gəldi. Ona görə də aydın idi ki, heç bir erməni maraqlarını nəzərə almadan Qərbin qaydaları ilə oynayacaq. Elə indi baş verənlər də əslində budur. Bunun fonunda Ermənistanda hansısa Ukrayna ssenarisinin baş verdiyi göz qabağındadır. Paşinyan hazırda Ermənistanı oxşar ssenariyə aparır. Ancaq daha pis variantla üzləşəcək”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin