Türkiyənin “ATV” kanalında yayımlanan “Kim milyoner olmak ister?” yarışmasında tarixi anlar yaşanıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, müsabiqənin iştirakçısı Rabia Birsen Güvercin 1 milyon TL qarşılığında olan sualı cavablandıraraq qalib olub.
O, “Türkiyədə 81 region adında bu dörd hərfdən hansı digər üç hərfdən azdır?” sualında doğru seçim edərək müsabiqənin ən yüksək məbləğli mükafatını qazanıb.
Bizim.Media