Sergey Sobyanin yenidən Moskva meri seçildi

Hazırda oxunan: Sergey Sobyanin yenidən Moskva meri seçildi

154564

Ötən gün başa çatan seçkilərin nəticələrinə görə, Rusiyanın paytaxtı Moskva şəhərinin hazırkı meri Sergey Sobyanin, ilkin məlumatlara görə, səslərin 75%-dən çoxunu toplayaraq, vəzifəsində qalıb.

Bu barədə Bizim.Media “Kommersant”a istinadən xəbər verir.

Qeyd olunub ki, paytaxtda üç gün davam edən səsvermə həmişəkindən daha sakit keçib və seçicilərin böyük əksəriyyəti öz iradələrini bildirmək üçün elektron formatdan istifadə etməyi seçiblər. Namizədlər və onların qərargahı ciddi qanun pozuntusunu müşahidə etməyib və başa çatmış təşviqat kampaniyasının rutin xarakter daşıdığını qeyd ediblər.
Ümumilikdə, 2,7 milyondan çox metropolis seçicisi (seçkilərdə iştirak edənlərin 80%-dən çoxu) kağız bülletenlərdən istifadə edən 570 min nəfərə qarşı onlayn səsverməni seçib.

Nəticədə, hazırkı mer Sergey Sobyanin 77% -dən çox səs toplayaraq “elektron müsabiqədə” inamla qalib gəlib. Sonrakı yerləri Leonid Züqanov (Kommunist Partiyası, 8%), Boris Çernışov (LDPR, 6%), Vladislav Davankov (5,1%) və Dmitri Qusev (3,9%) tutublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin