Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarlarını üç kateqoriyaya bölmək olar.
Bizim.Media xəbər verir ki, bu barədə Facebook səhifəsində müxalifət partiyasından olan millət vəkili Naira Zohrabyan yazıb:
"Birincisi, əvvəlki rejimdən "inciyənlər"dir, onlar da islamı da qəbul etməyə razı olarlar ki, keçmiş hakimiyyət qayıtmasın. İkincisi, "Dalal"lardır (tacirlər), onlar üçün türklərlə ticarət qurub pul qazanmaq, Qarabağdan və bu yolda ölənlərin qanından daha vacibdir.
MÖVZU İLƏ BAĞLI:
Erməni deputat: “Paşinyan ölkəni vətəndaş müharibəsinə sürükləyir”
Üçüncüsü isə bu gün vətənimizi itirdiyimizi və sabah dövlətçiliyimizi itirəcəyimizi anlamayan savadsız təbəqədir", - deyə Zoqrabyan qeyd edib.
Onun fikrincə, bu cür insanlarla Ermənistanın heç bir gələcəyi ola bilməz:
“30 ildə fəst fuudla bəslənən, seriallarla beyinləri yuyulmuş bir nəsil yetişdirmişik. Seriallar cəmiyyəti ölkəni məhvə paracaq və bunda günahkar olanları heç kim xətrinə belə dəyməyəcək”.
Zohrabyan yazır ki, əksinə, bu serialları çəkən insanlara ali dövlət mükafatları verilir və daha da həvəsləndirilirlər ki, milləti yaxşı məhv etsinlər.
Bizim.Media