Ermənistanın ABŞ-la hərbi təliminə İrandan sərt REAKSİYA

Hazırda oxunan: Ermənistanın ABŞ-la hərbi təliminə İrandan sərt REAKSİYA

154526

Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir.

Bizim.Media xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmməd Cəmşidi özünün "X" (Twitter) səhifəsində İran prezidenti İbrahim Rəisi ilə Ermənistan baş naziri arasındakı telefon danışınığının detallarını açıqlayarkən qeyd edib.

M.Cəmşidinin sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir.

Qeyd edək ki, İran Ermənistan tərəfinin son vaxtlar bölgədə müxtəlif narahatedici addımlarının fərqində olduğunu göstərir. İran isə region məsələlərinin region ölkələri tərəfindən həll edilməsini istəyir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin