Ərdoğan Baydenlə F-16 qırıcılarının tədarükünü müzakirə etdi

Hazırda oxunan: Ərdoğan Baydenlə F-16 qırıcılarının tədarükünü müzakirə etdi

154518

Ankara və Vaşinqton F-16 qırıcılarının tədarükü məsələsini müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Böyük İyirmiliy”in (G20) sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

O, amerikalı həmkarı Cozef Baydenlə Türkiyəyə F-16 qırıcılarının tədarükü məsələsini müzakirə etdiyini bildirib.

Ərdoğanın sözlərinə görə, görüş qeyri-rəsmi şəraitdə keçib.

“Təəssüf ki, F-16 məsələsi İsveçin NATO-ya üzvlüyü prosesi ilə bağlıdır. Bu yanaşma bizi ciddi şəkildə narahat edir. Lakin Türkiyə Böyük Millət Məclisi belə bir qərar qəbul etmədikcə, mən “hə” (İsveçin NATO üzvlüyünə) deyə bilmərəm”, - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin iyulunda ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyə ordusunun Yunanıstanın hava məkanını pozmasını əsas gətirərək F-16 qırıcılarının Türkiyəyə satışını qadağan edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin