Ermənistan rəsmilərinin Rusiyanın Qarabağı Azərbaycana “təslim etməsi” ilə bağlı açıqlamaları reallığa uyğun gəlmir.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın Nyu-Deli şəhərində keçirdiyi mətbuat konfransında deyib.
“Orada hansısa siyasi xadim, məncə Ermənistan parlamentinin rəhbəri bildirib ki, Qarabağı Azərbaycana Rusiya təhvil verib. Bundan yanlış və vicdansız bəyanat səsləndirmək çox çətindir”, - deyə Lavrov qeyd edib.
Bizim.Media