Braziliya prezidenti söz verdi: “Putini həbs etməyəcəyik”

Hazırda oxunan: Braziliya prezidenti söz verdi: “Putini həbs etməyəcəyik”

154480

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Rusiya lideri Vladimir Putinin gələn il Rio-de-Janeyroda keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə Braziliyada həbs olunmayacağını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi yayıb.

“Həmin vaxt mən Braziliya prezidenti olsam və o, Braziliyaya gəlsə, heç vaxt həbs olunmayacaq”. Nəşr Braziliya prezidentinin sözlərindən sitat gətirib.

Martın 17-də İkinci Beynəlxalq Cinayət Məhkəməsinin İstintaq Palatası Rusiya prezidenti Vladimir Putin və Rusiya prezidentinin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. İndi BCM-ə üzv olan bütün ölkələr qanuni olaraq Rusiya Federasiyasının Prezidentini həbs etmək və məhkəməyə vermək məcburiyyətindədirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin