Yaponiya hökuməti ölkəyə giriş qaydalarını sərtləşdirmək niyyətindədir. Bu qadağa bütün ölkələrdən gələnlərə şamil ediləcək. Koronavirusun yeni ştamlarının təhlükəliliyi diqqətə alınmasa ciddi fəsadlar verə bilər.
Bu barədə Bizim.Media NHK telekanalında müzakirələrin gedişatında səhiyyə, əmək və rifah naziri Norixisa Tamuranın sözlərinə istinadən xəbər verir:
MÖVZU İLƏ BAĞLI:
Yaponiyada "Britaniya" ştammına yoluxma faktı aşkarlanıb
"İndi bizdə koronavirusun yeni ştamlarının aşkar edildiyi bir sıra ölkələrlə bağlı sərtləşdirilmiş giriş qaydaları qüvvədədir. Hazırda bunu bütün ölkəyə yaymaq üzərində düşünürük", - nazir deyib.
Söhbət təyyarə ilə uçuşdan əvvəl və aeroportda verilən koronavirus testlərindən başqa, ölkəyə girişdən sonra üç gün ərzində ixtisaslaşdırılmış karantin müəssisəsində məcburi qalmaq qaydalarından gedir.
Ölkəyə gələnlər bu prosedurları keçdikdən sonra növbəti koronavirus testi verəcəklər və nəticə mənfi olsa, evə qayıda biləcəklər. Lakin bundan ötrü daha 2 həftə karantində qalacaqlar.
Tələblər hazırda 17 ölkədən gələnlərə tətbiq edilir. Bunlar Böyük Britaniya da daxil olmaqla, Macarıstan, Almaniya, İtaliya, Fransa, Çexiya və digərləridir.
Bizim.Media