Avropa Çempionatı: Beş cüdoçumuz mübarizəyə BAŞLAYIR 

Hazırda oxunan: Avropa Çempionatı: Beş cüdoçumuz mübarizəyə BAŞLAYIR 

154387

Niderlandın Haaqa şəhərində gənclər arasında keçirilən Avropa çempionatının üçüncü günündə Azərbaycanın beş cüdoçusu tatamiyə çıxacaq. 

Bizim.Media xəbər verir ki, oğlanlar arasında 90 kiloqram çəki dərəcəsində Vüqar Talıbov və İsmayıl Zamanov, 100 kiloqramdan yuxarı çəkidə Kənan Nəsibov medallar uğrunda mübarizə aparacaq. 

Qızlar arasında isə 78 kiloqramda Nərmin Əmirli və 78 kiloqramdan yuxarı çəkidə Nigar Süleymanova gücünü sınayacaq. 

Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. 

Qeyd edək ki, Azərbaycanın gənc cüdoçuları hazırkı Avropa çempionatında indiyədək beş medal qazanıblar. Nizami İmranov (60 kiloqram) qızıl, Aydın Rzayev (66 kiloqram) gümüş, Aydan Vəliyeva (52 kiloqram), Vüsal Qələndərzadə (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin