Xəzərdəki gəmilərə XƏBƏRDARLIQ – Dalğaların hündürlüyü 7 metri KEÇƏCƏK

Hazırda oxunan: Xəzərdəki gəmilərə XƏBƏRDARLIQ – Dalğaların hündürlüyü 7 metri KEÇƏCƏK

154383

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, xəbərdarlıqda bildirilir:  

“Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Məlumata əsasən, sentyabrın 10-da Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin 11-i səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır. 
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33-38 m/s-dək güclənəcəyi gözlənilir. 

Dalğanın hündürlüyü 2-4 m, sonrakı inkişafda 5,5-7,5 m. çatacağı proqnozlaşdırılır”. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin