“Ermənistanın davam edən hərbi-siyasi təxribatları, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatları bölgədə sülh və sabitliyə xidmət etmir”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borel ilə telefon danışığında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov Cozep Borellə bölgədəki son vəziyyəti müzakirə edib
XİN başçısı Ermənistanın bu təxribatlarının qarşısının alınmasının vacib olduğunu qeyd edib.
Ermənistanın Laçın yolundan təxminən iki il yarım ərzində qanunsuz hərbi və digər məqsədlər üçün sui-istifadəni davam etdirməsi barədə ətraflı məlumat verilərək, hal-hazırda heç bir əsas olmadan “bölgədə humanitar vəziyyət” barədə yaydığı iddiaların siyasi manipulyasiya olduğu bildirilib.
Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin bölgədə əsas təhdid mənbəyi olduğu vurğulanıb.
Bizim.Media