Zamirənin şikayətindən sonra "Space TV" CƏRİMƏLƏNDİ – FOTO  

Hazırda oxunan: Zamirənin şikayətindən sonra "Space TV" CƏRİMƏLƏNDİ – FOTO  

154289

Xəbər verdiyimiz kimi, aparıcı Zamirə Dadaşova uzun illərdir çalışdığı “Space TV”dən ayrılıb. Bununla bağlı sosial şəbəkə hesabında post paylaşan televiziya ulduzu ona qarşı qanunsuzluq edildiyini, “Açıq söhbət” verilişinin səbəbsiz yerə bağlandığı və ixtisara salındığını açıqlamışdı.   

Bizim.Media xəbər verir ki, məsələnin hüquq müstəvidə həlli üçün Dadaşova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdiyini bildirib.  

Zamirə vurğulayıb ki, qurum məsələyə baxdıqdan sonra onun haqlı olduğu öz təsdiqini tapıb:  

“Haqq ədalət hər zaman öz yerini tapır. Ədalətsizlik edənlərə Allah da gec tec cavab verir. Bütün hallarda bu həyatda yaxşılığın da pisliyin də bir cavabı var. Bu hələ “Space” rəhbərliyinin mənə qarşı etdiyi ədalətsizlikdə ilk qələbəmdir. Davamı olacaq. Allah hələ ki susur, Azərbaycan qanunları danışır. “Space TV” İnzibati xətalar məcəlləsinin 192.6 cı maddəsiylə cərimələndi.  
Mən haqsız olduğum hec bir məsələdə mübarizə aparmaram. Mən hec kimə qarşı haqsızlıq etmərəm! Amma öz haqqlarımı da qorumağı bacarıram. Hec kimə icazə vermərəm dürüst, doğru olduğum halda məni ləkələsin. Özümü sevirəm bütün bu xarakterimlə. Hər kəsə uğurlar! Özümüzü qorumağı bacaraq”.  






Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin