Qubada ötən gecə selin yuyub apardığı Talış-Dərk yolu artıq açılıb.
Qubadakı 11 saylı yol istismar idarəsinin rəisi Hikmət Seyidovun Bizim.Media-ya verdiyi məlumata görə, Babaçayın içərisindən keçən yolda görülən tədbirlər nəticəsində hərəkət bərpa edilib.
Əraziyə cəlb edilən texnikaların və işçi qüvvəsinin səyi nəticəsində yol nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu