Britaniya və ABŞ Rusiyanın 11 vətəndaşını “qara siyahı”ya SALDI 

Hazırda oxunan: Britaniya və ABŞ Rusiyanın 11 vətəndaşını “qara siyahı”ya SALDI 

154159

Böyük Britaniya və ABŞ 11 Rusiya vətəndaşına qarşı zərərli kompüter proqramları hazırladıqları və qazanc məqsədilə müxtəlif ölkələrdəki qurumları hədəfə aldıqları ittihamı ilə sanksiya tətbiq ediblər. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi Ofisi (OFSI) və ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi məlumatda deyilir. 

Məlumata görə, adları “qara siyahı”ya daxil edilən şəxslər xəstəxanalara və kritik infrastruktura, o cümlədən yerli hakimiyyət orqanlarına, şirkətlərə, məktəblərə və tibb müəssisələrinə kiberhücumların təşkilində iştirak ediblər. 
Bu şəxslər dünya üzrə öz qurbanlarından ən azı 180 milyon dollar alıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin