Ölkəmizdə fəaliyyət göstərən müxtəlif teatr və sərgilərə bilet satışı adı ilə vətəndaşlara qarşı kiberdələduzluq həyata keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti yayıb.
Mənbə qeyd edir ki, kiberdələduzlar saxta veb-səhifələr yaradaraq bilet satışı adı ilə vətəndaşların bank və fərdi məlumatlarını ələ keçirir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi, həmçinin hər hansı bir məhsul və ya xidmət alarkən rəsmi satış həyata keçirən mənbələrə müraciət etməyi tövsiyə edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:43 / 07.09.2023
XƏBƏRDARLIQ: Saxta veb-səhifələrlə vətəndaşları aldadırlar
Hazırda oxunan: XƏBƏRDARLIQ: Saxta veb-səhifələrlə vətəndaşları aldadırlar
Hazırda oxunan: XƏBƏRDARLIQ: Saxta veb-səhifələrlə vətəndaşları aldadırlar
154132
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.