Paşinyanın Rusiyaya XƏYANƏTİ - Moskva Ermənistanı necə CƏZALANDIRACAQ?

Hazırda oxunan: Paşinyanın Rusiyaya XƏYANƏTİ - Moskva Ermənistanı necə CƏZALANDIRACAQ?

154120

 “İt araba kölgəsində yatır, sanır ki, öz kölgəsidir”.

Eynən ermənilər də bu tipdilər. Kimlərinsə kölgəsinə qısılırlar və zaman keçdikcə rahatlaşıb özlərinin kölgə saldıqlarını düşünürlər. Və bu zaman özünənəzarəti itirirlər. Anlaqsız vəziyyətdə olan ermənilər nə danışdıqlarının belə fərqində olmurlar.

Belə məqamda ermənilərin vəziyyətini daha dolğun ifadə etmək üçün daha bir el misalımızı dilə gətirmək məcburiyyətində qalırıq:

“Yetimə dedilər kimə qənim olarsan? Dedi ki, mənə çörək verənə…”

Bax, ermənilər də hərdənbir onlara çörək verənlərə qənim kəsilmək istəyi baş qaldırır. Daha doğrusu buna cəhd edilir. Necəki, erməni spiker ötən gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı ironik şəkildə “bir nazirliyin katibəsi” adlandırdı.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya, Aİ, indi də ABŞ... – Ermənistan Suriya kimi böyük güclərin poliqonuna ÇEVRİLİR


Doğrudur Mariya Zaxarovanın cavabı da gecikmədi. O “katibə” olması ilə fəxr etdiyini bildirdi. Və əlavə etdi ki, “Simonyan düşünmədən ağzını açıb”. Bu da o deməkdir ki, Zaxarova Simonyanı nə diplomat, nə də ki, siyasətçi saymır.

Çünki, siyasətçi və diplomat düşünmədən ağzını açmaz. Bu məsələnin bir tərəfi. Əslində nə baş verir? Biz məsələnin digər görünməyən tərəfinə işıq salmaq istəyirik. Bu da ondan ibarətdir ki, 2023-cü il sona qürub edir. Və 2024-cü il yaxınlaşır. 2024-cü ildə var olmaq üçünsə Ermənistana vəsait lazımdır.

Bu vəsaitin böyük bir hissəsi son 30 ildə Rusiyadan gəlib. Lakin, beynəlxalq sanksiyalar və Ukrayna ilə müharibə Rusiyanı çətin duruma salıb. Və yəqindir ki, Moskva daha əvvəlki kimi Ermənistana iqtisadi dəstək verə bilmir.

Yada salaq ki, hər ilin sentyabr-oktyabr aylarında Rusiyanın baş naziri və yaxud baş nazirin hansısa müavini İrəvana gəlib növbəti ilin dövlət büdcəsinin müzakirəsinə qatılır. Yada salaq ki, 2021-ci ilin payızında Rusiyanın Baş naziri Mixail Mişustin şəxsən İravana təşrif buyurmuşdu.

Doğrudur, bu səfər çərçivəsində o Paşinyanla görüşməmişdi, İrəvanın brent otellərinin birində erməni konyakı içə-içə müzakirələr aparmışdı. Ötən ilsə Mişustinin müavini İrəvana gəlmişdi. Lakin, bu il kimin gələcəyi bilinmir. Daha dəqiq desək bu barədə heç söhbət belə yoxdur. Ona görə də erməni siyasilər əsl erməni kimi davranırlar. Rusiya ilə şantaj dilində danışmağa başlayıblar.

Yada salaq ki, Simonyandan əvvəl Paşinyan Rusiya barədə sərt fikirlər səsləndirmişdi. Hətta yaxın zamanda Rusiyanın Cənubi Qafqazdan çıxacağı ehtimalını dilə gətirmişdi. Paşinyan və komandası qorxduqları üçün belə danışırlar Yəni, həm Paşinyanın, həm də Simonyanın çıxışları təsadüf yox, sinxron təşkil edir.
 Fikirlər bir-birini izləyir. Beləcə, erməni siyasilər Rusiya əleyhinə fikirlər səsləndirməklə 2024-cü il üçün daha çox iqtisadi yardım qopartmaq istəyirlər. Üstəlik də ermənilər yaxın zamanlarda ABŞ-ın Ermənistanda hərbi təlimlərə gələcəyini bildirirlər.

Bununla da bir növ auksionu qızışdırırlar. Yəni “kim daha çox pul versə onun sözünü deyəcəyik”. Nəzərə alaq ki, ABŞ da hər il Ermənistana maddi dəstək verir. Lakin, bu dəstəyin miqyası Rusiyanın yardımları ilə müqayisədə çox-çox azdır.

Ona görə də erməni siyasilər total şəkildə rəsmi Moskvanın üstünə gedir. Eyni zamanda okeanın o tayına mesaj verirlər ki, lazım gəlsə, biz sizə görə Rusiyadan və hətta İrandan da imtina edə bilərik. “Təki bizə çoxlu pul verin”. Bir sözlə erməni liderlərin anti-Rusiya əhval-ruhiyyəli çıxışları siyasi yox, iqtisadi mahiyyət daşıyır.

Ermənilər qorxurlar ki, bəlli səbəblər üzündən Rusiya Ermənistana maddi yardımına azalda və yaxud dayandıra bilər. Bu isə Ermənistan üçün sadəcə intihar deməkdir. Erməniliyin ömrü qırx gündür Ehtimal ki, yaxın bir ay ərzində Rusiya hökümətinin yüksək çinli hansısa məmuru adəti üzrə İrəvana gələcək.

Bu səfər dəqiqləşdikdən sonra ermənilərin anti-Rusiya çıxışları dayanacaq. Əks təqdirdə Paşinyan və onun komandası Rusiya barədə daha sərt fikirlər səslədirəcəklər. Hətta müəyyən sirlərin açılacağı anonsunu da verə bilərlər. Çünki, Ermənistan dövlətini yaradan və yaşadan ruslardır.

Ruslar əllərini çəkdiyi andaca Ermənistan məhvə məhkumdur. İndiki vaxtda da bu ehtimal çox böyükdür. Çünki, Paşinyan Rusiyanın yox, Qərbin adamıdır.

Əslində Paşinyanın da qorxduğu bu faktdır. Əgər Rusiya əlini Ermənistanın üzərindən çəksə, bütün ermənilər Paşinyanın üzərinə gələcək ki, “bizi Rusiyadan qopartdın”.
Ona görə də Paşinyan və onun komandası Rusiyaya qarşı “vabank” gedirlər. Çünki, bu məsələ həm də Paşinyan və onun ətrafının fiziki mövcudluğunu müəyyən edən faktordur.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin