Siyəzəndəki qəzanın NÖVBƏTİ QURBANI – Ata və oğuldan sonra nənə də xəstəxanada ÖLDÜ  

Hazırda oxunan: Siyəzəndəki qəzanın NÖVBƏTİ QURBANI – Ata və oğuldan sonra nənə də xəstəxanada ÖLDÜ  

154093

Senyabrın 1-də Bakı-Quba yolunun 101-ci kilometrliyində, magistralın Siyəzən şəhərindən keçən hissəsində baş verən qəzada yaralanan Kifayət Ələmdar qızı Əmirova Sumqayıt şəhər xəstəxanasında keçinib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərhum avtomobilin sürücüsü Elnur Əmirovun anasıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Siyəzəndə qəzaya düşən ailə Bakıya məktəbli forması almağa GEDİRMİŞ 


Qeyd edək ki, baş verən qəzada “VAZ-2107” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində sürücü, 37 yaşlı Elnur və 4 yaşlı oğlu Samir Əmirovlar ölmüş, 7 nəfər isə yaralanmışdı.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin