İsmayıllıda GÜCLÜ SEL – Avtomobil körpüsündə TƏHLÜKƏ YARANDI – VİDEO  

Hazırda oxunan: İsmayıllıda GÜCLÜ SEL – Avtomobil körpüsündə TƏHLÜKƏ YARANDI – VİDEO  

154091

İsmayıllı rayonuna yağan güclü leysan yağışından sonra Göyçay çayına güclü sel gəlib. 

Bizim.Media xəbər verir ki, bu gün saat 12:30 radələrindən başlayaraq çaydan keçən suyun səviyyəsi xeyli artıb.  

Nəticədə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsü üçün təhlükə yaranıb.  

Hazırda sel axını davam edir, insanlar körpünün dağılma təhlükəsi ilə üz-üzə qalmasından narahatdırlar. Hazırda körpü üzərində avtomobillərin və piyadaların hərəkəti davam edir.

İnsanların təhlükəsizliyinin təmin olunması üçün hazırda Göyçay rayon Polis Şöbəsinin yol polisi və post patrul xidmətinin əməkdaşları ərazidə xidmət aparır, ağır tonnajlı yük avtomobillərinin körpü üzərindən keçidinə müvəqqəti məhdudiyyət qoyulub. 
Qeyd edək ki, 2018-ci ildə Göyçay çayına gələn güclü sel zamanı bu körpü dağılmışdı, kəndlərin Göyçay şəhəri ilə əlaqəsi kəsilmişdi. Həmin körpüdə bir ay ərzində aparılan təmir-bərpa işləri zamanı sürücülər alternativ olaraq Göyçay-Ucar-Göyçay yolundan istifadə etmişdi. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin