Nürnberq məhkəmələrində tərcüməçi olan azərbaycanlı jurnalist 100 yaşında öldü

Hazırda oxunan: Nürnberq məhkəmələrində tərcüməçi olan azərbaycanlı jurnalist 100 yaşında öldü

154052

Nürnberq məhkəmələrində tərcüməçi kimi çalışan azərbaycanlı jurnalist Ənvər Məmmədov 100 yaşında  dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, Böyük Vətən Müharibəsi veteranı avqustun 15-də 100 illik yubileyini qeyd edib. 

1923-cü ildə Bakıda müəllim ailəsində anadan olan jurnalist 1956-1959-cu illərdə Sovet İttifaqının Vaşinqtondakı səfirliyinin nazir-müşaviri, SSRİ jurnalının baş redaktoru olub.

1959–1960-cı illərdə "Sovinformbüro"nun baş redaktoru və sədrin birinci müavini, 1962-1985-ci illərdə - SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini olub.
Ənvər Məmmədov ingilis, alman, italyan və fransız dillərini bilib.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin